Azərbaycan futbol ictimaiyyətinə itki üz verib

Azərbaycan futbol ictimaiyyətinə itki üz verib
İdman 16 Mart 2022 16:54

Azərbaycan futbol ictimaiyyətində itki üz verib.

Apasport.az saytının məlumatına görə, futbol veteranı Tofiq Fətullayev 87 yaşında vəfat edib.

O, AFFA İntizam Komitəsinin sədri vəzifəsindən 2020-ci ildə istefa verib. Fətullayev futbolçu kimi "Neftçi", "Neft daşları" və "Dinamo" klublarının formasını geyinib.

Allah rəhmət eləsin!