Sabah bulvarda konsert və atəşfəşanlıq olacaq

Sabah bulvarda konsert və atəşfəşanlıq olacaq
Gündəm 09 May 2023 11:45

Sabah - mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı təşkil olunacaq.

Sitat.info xəbər verir ki, hazırda konsertlə əlaqədar “Saat qülləsi” yaxınlığında səhnə quraşdırılır.

Konsert proqramına saat 20.00-da başlanacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq