Paşinyan: "Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır"

Paşinyan: \"Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır\"
SİYASƏT 05 May 2023 23:37

Nikol Paşinyan

Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib.

“1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, - hökumət başçısı əlavə edib.