“NDTV” kanalı və “ANI” agentliyinin tviter hesabları bloklanıb

“NDTV” kanalı və “ANI” agentliyinin tviter hesabları bloklanıb
Dünya 29 Aprel 2023 20:50

Hindistanın “NDTV” telekanalı və “ANI” xəbər agentliyinin rəsmi tviter hesabları bloklanıb.

Sitat.info xəbər verir ki, hesablara daxil olmağa çalışdığınız zaman onların üzərində belə bir məlumat görünür: “Belə hesab yoxdur”. Bu medialar ölkədə ən populyar ingilisdilli xəbər portalları sırasındadır.

“ANI”nin redaktoru Smita Prakaş agentliyin rəsmi hesabının bağlanması ilə bağlı açıqlama verib:

“Agentlik mikrobloqlar xidmətindən aldığı məlumata görə, hesab yaratmaq üçün ən azı 13 yaşında olmalısınız. “Twitter” şirkəti sizin bu yaş tələblərinə cavab vermədiyinizi müəyyən edib”.

Qeyd edək ki, “ANI” xəbər agentliyinin tviterdə 7,6 milyon izləyicisi var.