Lavrov: "NATO Rusiya Federasiyasını birləşdirdi"

Lavrov: \"NATO Rusiya Federasiyasını birləşdirdi\"
SİYASƏT 25 Aprel 2023 22:40

"Şimali Atlantika Alyansı (NATO) Rusiyanı məhv etməyə çalışsa da, əks nəticə əldə etdi".

Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, NATO-nun bütün səyləri yalnız Rusiya Federasiyasının birləşməsinə gətirib çıxardı. Nazirin sözlərinə görə, bu cür qənaətlər həm Rusiyada, həm də xaricdə olan qərəzsiz müşahidəçilər və politoloqlar tərəfindən verilib.