Hava şəraiti ilə bağlı - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı - Xəbərdarlıq
SOSİAL 22 Aprel 2023 12:07

Aprelin 22-23-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə “Sitat.info”ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.