İranın haker qrupu ABŞ-a hücuma hazırlaşır

İranın haker qrupu ABŞ-a hücuma hazırlaşır
SİYASƏT 20 Aprel 2023 18:42

“Mint Sandstorm” kimi tanınan iranlı hakerlər qrupu ABŞ-ın kritik nəqliyyat, enerji və limanlarına, infrastrukturuna hücum etməyə hazırlaşır.

Sitat.info  xəbər verir ki, bu haqda mümkün kiberhücumlar barədə araşdırmalar aparan “Microsoft Threat Intelligence” xidməti məlumat yayıb.

“Mint Sandstorm” eyni zamanda “Phosphorus”, “APT35”, “APT42”, “Charming Kitten” və “TA453” də adlandırılır.

Qrupun SEPAH-ın kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilir./ Axar.az