Sabahla bağlı VACİB XƏBƏRDARLIQ

Sabahla bağlı VACİB XƏBƏRDARLIQ
SOSİAL 18 Aprel 2023 16:32

Aprelin 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, günün birinci yarısında qısamüddətə gilavar küləyinin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Aprelin 19-da dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.