Fatih Dönməz: “Türkiyə ildə 40 milyard kubmetrə qədər qaz sata biləcək”

Fatih Dönməz: “Türkiyə ildə 40 milyard kubmetrə qədər qaz sata biləcək”
Gündəm 17 Aprel 2023 19:23

“Türkiyə bu qaz qovşağı vasitəsilə ildə 40 milyard kubmetr “mavi yanacaq” sata biləcək”.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz NTV telekanalına müsahibəsində deyib.

“Aldığımız 100 milyard kubmetrə yaxın qazın təxminən 60 milyardını istifadə edirik. Yəni yerdə qalan 40 milyard kubmetr qazı sata bilərik”, - o bildirib.

Onun sözlərinə görə, Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüləri - Rusiya, İran və Azərbaycan dəstək verib: “Eyni zamanda, Türkiyə artıq qazın Avropa ölkələrinə satışı ilə bağlı danışıqlar aparır”.