Daha 3 nəfər İrana xidmət ittihamı ilə tutuldu - Foto

Daha 3 nəfər İrana xidmət ittihamı ilə tutuldu - Foto
Gündəm 17 Aprel 2023 17:40

Azərbaycanda İran molla rejiminə xidmət edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

Sitat.info "MOUZE" Teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakının Qaradağ rayon sakini Vüqar Süleymanov, Natiq Əliyev və Kəlbəlayi Sərvər şübhəli bilinərək saxlanılıblar.