AVRO-2024: Final mərhələsinin püşkatmasının vaxtı açıqlanıb

AVRO-2024: Final mərhələsinin püşkatmasının vaxtı açıqlanıb
İdman 05 Aprel 2023 18:10

AVRO-2024-ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.

Sitat.info-nun məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresi zamanı mətbuat konfransında açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.