Azərbaycanda dəhşətli yol qəzası: 5 nəfər həlak oldu

Azərbaycanda dəhşətli yol qəzası: 5 nəfər həlak oldu
HADİSƏ 12 Mart 2022 13:35

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

"Report”un məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.