Vüsalə Əlizadə şikayətləndi: "Kim haranı istəyir sökür, boğaza yığıldıq" - VİDEO

Vüsalə Əlizadə şikayətləndi: \"Kim haranı istəyir sökür, boğaza yığıldıq\" - VİDEO
Gündəm 09 Mart 2023 17:42

Aparıcı Vüsalə Əlizadə yoldan şikayətlənib. 

Sitat.info xəbər verir ki, bununla bağlı şəxsi instaqram hesabında video paylaşan Əlizadə, yolların tez-tez təmir olunmasından və bunun şəhərdə uzun müddətli tıxac yaratmağından narazılıq edib:

"Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi. Onsuz da stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir? Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq".