KİV: “Yunanıstandakı dəmiryol qəzasına səbəb vağzal rəisinin qatarları bir-birinə yönəltməsi olub”

KİV: “Yunanıstandakı dəmiryol qəzasına səbəb vağzal rəisinin qatarları bir-birinə yönəltməsi olub”
Gündəm 01 Mart 2023 23:21

Larisa şəhərinin yaxınlığında qatarın toqquşmasından sonra polis tərəfindən həbs edilən adıçəkilən şəhərin vağzalının rəisi səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini deyib.

Sitat.info xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-1” telekanalı məlumat yayıb.

“Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”, - o bildirib.

Qatarların bir-birilərinə əks istiqamətdə eyni relsdə bir saat hərəkət etdiyi qeyd edilir.