55 müharibə iştirakçısı polisdə işə qəbul olundu

55 müharibə iştirakçısı polisdə işə qəbul olundu
Gündəm 28 Fevral 2023 19:54

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə tapşırıqlarını verib.