Mingəçevir sakini dəm qazından boğularaq ölüb

Mingəçevir sakini dəm qazından boğularaq ölüb
Gündəm 27 Fevral 2023 20:32

Mingəçevir sakini dəm qazından boğularaq ölüb.

Sitat.info-nun məlumatına görə, bu gün saat 18 radələrində Mingəçevir şəhər sakini, 1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.