Yaponiya ilə Cənubi Koreya arasında ada gərginliyi
Yaponiya mübahisəli Dokdo/Takeşima adalarının “öz torpaq parçası” olduğu tezisini gücləndirmək üçün keçirilən mərasimdə “həlledici diplomatiya” mesajını verib. Cənubi Koreya Yaponiyanın Seuldakı səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib.
Mərasimdə "Cənubi Koreyanın zorla başlatdığı Takeşimaya işğalı əsassız və qanunsuzdur” ifadəsini işlədən Nakano, problemin həlli üçün qərarlı və dinc diplomatik səyləri davam etdirəcəklərini bildirib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu, paytaxtda keçirdiyi mətbuat konfransındabildirib: "Tarixi faktlara və ya beynəlxalq hüquqa baxın, Takeşima açıq şəkildə Yaponiyanın daxili hissəsidir".