Vasif Məhərrəmli əsəbiləşdi: Şiş dodaqları TikTok-a buraxmasınlar

Vasif Məhərrəmli əsəbiləşdi: Şiş dodaqları TikTok-a buraxmasınlar
Gündəm 18 Fevral 2023 13:04

Əməkdar artist Vasif Məhərrəmli TikTok-dakı bəzi istifadəçiləri tənqid edib.

Sitat.info xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişində danışıb.

O, sözügedən platformadakı bəzi xanım istifadəçilərin dodaqlarının həddindən artıq silikonlu olması məsələsinə toxunub:

“Şiş dodaqları TikTok-a buraxmasalar, yaxşı olar. Mən öz tövsiyəmi verirəm ki, kaş belə edilərdi. Məsələn, hansısa bir sistem olardı, şiş dodağı görən kimi bağlayardılar”.