İlham Əliyev İsraildə səfirliyimizin əlaqələrimizə böyük töhfə verəcəyinə əminliyini bildirib

İlham Əliyev İsraildə səfirliyimizin əlaqələrimizə böyük töhfə verəcəyinə əminliyini bildirib
SİYASƏT 17 Fevral 2023 23:37

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Sitat.info xəbər verir ki, Azərbaycanın dövlət başçısı bu barədə fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşündə deyib.

Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.