Böyük Britaniya "naməlum uçan obyektlər"lə bağlı yoxlamalara başlayır
İngiltərə Müdafiə Naziri Ben Uolles, ABŞ və Kanadanın biri casus şarı, digərləri isə "naməlum uçan obyekt" olaraq xarakterizə edilən yüksək hündürlükdə uçan 4 təyyarəni vurduqdan sonra təhlükəsizlik araşdırmasına başlanılacağını açıqlayıb.
"Böyük Britaniya və onun müttəfiqləri bu təyyarələrin hava məkanımıza daxil olmasının təhlükəsizliyimiz üçün nə demək olduğunu araşdıracaqlar. Vəziyyət qlobal təhlükəsizliyin necə pisləşdiyinin yeni göstəricisidir", - Uolles deyib.
Sözügedən araşdırmanın sonunda ölkənin hava məkanının qorunması və monitorinqi ilə bağlı dəyişiklik edilib-edilməməsinə qərar veriləcək.
Müdafiə Nazirliyi də naməlum təyyarələrin Böyük Britaniya üzərindən keçə biləcəyi ehtimalına cavab verərək, Böyük Britaniyadakı millət vəkillərinin ifadə etdiyi iddiaları rədd etdi.
ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində aşkar etdiyi Çin hava şarını vurub. Pentaqon fevralın 9-da Alyaskaya naməlum obyekt atıb.
Kanadanın Baş naziri Castin Trüdo fevralın 11-də ABŞ ilə əməkdaşlıq çərçivəsində obyekti Kanadanın Yukon bölgəsi üzərindən atdıqlarını açıqladı.
ABŞ ordusunun dünən Kanada sərhədindəki Huron gölü üzərində uçan naməlum obyekti vurduğu bildirilir. Belə ki, fevral ayında 4 göy cismi yerə endirilib.
Səid İsaoğlu,
Sitat.info