Kürdə batan şəxsin meyiti 44 gün sonra tapıldı - Fotolar

Kürdə batan şəxsin meyiti 44 gün sonra tapıldı - Fotolar
Gündəm 04 Fevral 2023 17:17

Kür çayında batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb.

Meyit eskpertizaya verilib.

Məlumat üçün bildirək ki, Tovuz rayon sakini Eldəniz Məmmədovun ötən ilin dekabr ayından itkin düşməsi ilə bağlı məlumat yayılıb.