Enerqodarda güclü partlayış oldu - Video

Enerqodarda güclü partlayış oldu - Video
HADİSƏ 03 Fevral 2023 10:33

Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində güclü partlayış baş verib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Rusiya ilə birlikdəyik” hərəkatının sədri və vilayətin administrasiyasının baş şurasının üzvü Vladimir Roqov açıqlayıb.

O, şəhərdə avtomobilin partladığını bildirib. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb.