Putin Zelenski ilə birbaşa danışıqdan imtina etdi

Putin Zelenski ilə birbaşa danışıqdan imtina etdi
SİYASƏT 04 Mart 2022 19:50

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə birbaşa danışıqdan imtina edib.

BAKU.WS “Meduza”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat yayıb.

O həmçinin bildirib ki, Moskva Kiyevin iddia etdiyi kimi, Ukraynanın denasifikasiyası tələblərindən imtina etmir.

Həmçinin Volodimir Zelenski daha əvvəl Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayan Vladimir Putinlə danışıqlar masasına oturmağa hazır olduğunu deyib