ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə Zelenski arasında gizli görüş: Kiyevdə bir araya gəldilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə Zelenski arasında gizli görüş: Kiyevdə bir araya gəldilər
SİYASƏT 20 Yanvar 2023 17:29

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru William J. Burnsun keçən həftə gizli şəkildə Kiyevə getdiyi və Ukrayna lideri Zelenski ilə gizli görüş keçirdiyi iddia edilmişdi.

Sitat.info xəbər verir ki, 11 NATO dövlətindən Ukraynaya dəstək bəyanatları bir-birinin ardınca gələrkən, The Washington Post qəzeti çox maraqlı bir iddia ilə çıxış etdi.

Qəzetin iddiasına görə,  ABŞ rəsmisi, MKİ direktoru William J. Burnsun Ukrayna lideri Zelenski ilə gizli görüş keçirib.

 Qəzet yazıb ki, Börns ötən həftə gizli şəkildə Kiyevə gedib. Börns Rusiyanın növbəti addımları və planlaşdırılan hücumları ilə bağlı ABŞ kəşfiyyatının bilgilərini Ukrayna lideri ilə bölüşüb.

Gizli görüşdə Zelenski ABŞ və Qərbin yardımı ilə bağlı narahatlığını bölüşüb.  

Məğrur,

Sitat.info