Britaniya səfiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb - FOTO

Britaniya səfiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb - FOTO
Gündəm 13 Yanvar 2023 12:59

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Bunu diplomat “Twitter” hesabında yazıb.

O, görüşün məhsuldar keçdiyini bildirib.

“Dünən axşam Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdüm. Çox səmimi və faydalı müzakirəmiz oldu”, - səfir vurğulayıb.