Bakı metrosunda qatarda nasazlıq yarandı, sərnişinlər düşürüldü

Bakı metrosunda qatarda nasazlıq yarandı, sərnişinlər düşürüldü
SOSİAL 13 Yanvar 2023 08:15

Səhər saatlarında Bakı metrosunda nasazlıq yaranıb.

Qurumdan “Sitat.info”ya verilən məlumata görə, saat 7:26-da “Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda naszlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.

Təlimat tələbənə uyğun, sərnişinlər düşürülüb və qatar “İçərişəhər” stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi “Nərimanov” elektrik deposuna göndərilib.

Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək.