Estoniyanın yük gəmisi Odessa sahilində batıb

Estoniyanın yük gəmisi Odessa sahilində batıb
HADİSƏ 03 Mart 2022 19:45

Estoniyaya məxsus “Helt” yük gəmisi Ukraynanın Odessa şəhərindəki limanın yaxınlığında partlayış sonrası batıb.

“Report” “Reuters”ə istinadə xəbər verir ki, bu barədə gəminin meneceri məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 2 nəfər xilas edilib, 4 nəfər isə itkin düşüb.

Gəminin batmasına səbəb minanın olduğu güman edilir.