İspaniyada qatarın relsdən çıxması nəticəsində 15 nəfər xəsarət alıb

İspaniyada qatarın relsdən çıxması nəticəsində 15 nəfər xəsarət alıb
Gündəm 11 Yanvar 2023 21:00

İspaniyada qatarın relsdən çıxması nəticəsində 15 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, bu barədə “Cope” radiostansiyası məlumat yayıb.

Hadisə Kantabriya muxtar icmasının Renedo stansiyasının yaxınlığında baş verib.

Qatarda ümumilikdə 40 sərnişin olub.

Qəzanın digər qatarların hərəkətinə təsir göstərmədiyi qeyd edilir.