Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi vaxtı AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.
Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Antalyada keçirilən açılışda danışıb.
“Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, daha öncə Ərdoğan Türkiyədə prezident seçkilərinin mövsüm şərtlərini nəzərə alaraq iyunun 18-i deyil, bir qədər tez keçirilə biləcəyini demişdi.