Qubadlıda raket sistemləri aşkar edildi -  FOTO

Qubadlıda raket sistemləri aşkar edildi -  FOTO
Gündəm 07 Yanvar 2023 12:49

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarəolunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Qubadlıda raket sistemləri aşkar edildi -  FOTO