İran Xameneyinin karikaturalarına cavab olaraq Tehrandakı Fransa institutunu bağlayıb
İran Fransanın “Charlie Hebdo” jurnalında ölkə lideri Seyid Əli Xameneyiyə qarşı “təhqir” məzmunlu karikaturaların dərci ilə əlaqədar Tehrandakı Fransa institutunu bağlayıb.
Bu çərçivədə İranın Fransa ilə mədəni əlaqələrini nəzərdən keçirdiyi və ilk addım olaraq Fransanın İrandakı tədqiqat institutunun fəaliyyətinə son qoyulduğu bildirilib.
“Charlie Hebdo” adlı jurnalın əvvəlki illərdə “ifadə azadlığı” adı altında Məhəmməd peyğəmbərə və İslam dininə qarşı karikaturalar dərc etməklə insan ləyaqətinə, mənəvi və dini dəyərlərə hücum etdiyini xatırladan İran XİN-i bildirib ki, Xameneyi ilə bağlı karikaturalar da bunun davamıdır.
Səid İsaoğlu,
Sitat.info