Nəsimi rayonunda ailənin evini başına uçurdular, bir nəfər xəsarət aldı - Video

Nəsimi rayonunda ailənin evini başına uçurdular, bir nəfər xəsarət aldı - Video
SİTAT TV 02 Yanvar 2023 17:22

Bu ərazidə "Capital City" şirkəti ilə Nəsimi Rayonu Nəsibbəy Yusifbəyli küçəsi 34 də yaşayan sakinlər arasında iki ilə yaxındır ki, mübahisə yaşanır.

Sakinlər bildirirlər ki, şirkət qanunsuz olaraq, onları yaşadıqları ünvandan çıxarmaq istəyir. 
Dekabrın 31-də isə şirkət sakinlərə yeni il "sürpriz"i edib.

Şirkət ailələrin evlərini sökməyə başlayıb. Həmin an ailə evdə olub və bir nəfər xəsarət alıb.

Zərərçəkənlər Sitat.info-ya video da göndəriblər.

Həmin viideonu təqdim edirik: