Öskürək dərmanından 18 uşaq öldü: satışı qadağan edildi
Özbəkistanda 18 uşağın ölümü ilə əlaqədar hind öskürək siropunun istehsalı dayandırılıb
Uttar Pradeş ştatında Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatının (CDSCO) qrupları Marion Biotech şirkətinin ofisində yoxlamaya başlayıb.
Yoxlamaları başlasa da, şirkətin bütün qanuni icazələrə sahib olduğunu deyilir. Marion Biotech-in vəkili Hasan Harris şirkətin 10 ildir fəaliyyət göstərdiyini, məsələni dərindən araşdıracaqlarını və istehsalın dayandırıldığını açıqlayıb.
Qeyd olunur ki, şirkət Hindistanda “Doc-1 Max” şərbətini satmır və yalnız Özbəkistana ixrac olunur.
Özbəkistan Səhiyyə Nazirliyi “Doc-1 Max” öskürək siropundan istifadə edən 18 uşağın öldüyünü iddia edib.
Sevinc,
SİTAT.İNFO