Çində 200 avtomobil bir-birinə girdi- Zəncirvari qəzanın ŞOK GÖRÜNTÜLƏRİ VİDEO
Sitat.info xəbər verir ki, Çinin Henan əyalətinin mərkəzi Zhengzhou şəhərində sıx duman görmə məsafəsini 200 metrə qədər azaldıb və Sarı çay üzərindəki magistral körpüdə zəncirvari qəzaya səbəb olub. Ən azı 200 avtomobilin bir-biri ilə toqquşduğu qəzada onlarla minik və yük maşını bir-birinə girib.
Yerli mənbələrdən verilən açıqlamada qəza nəticəsində 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Qəzada yaralananlar saatlarla maşınlarında sıxışıb qalıb. Hadisə yerinə 11 yanğınsöndürən maşını və 66 nəfərlik xilasetmə qrupu göndərilib.
Səid,
Sitat.info