ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır

ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır
Dünya 02 Mart 2022 07:19

ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlamaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə The Wall Street Journal məlumat yayıb.

Bildirilir ki, müvafiq qərar 24 saat ərzində verilə bilər. ABC telekanalı da Rusiya aviaşirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyi barədə məlumat verib.