“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu - Ölən var

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu - Ölən var
HADİSƏ 16 Dekabr 2022 20:09

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

Hadisə elektrik yarımstansiyasında baş verib.

Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı  vurub.

Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oğlunun isə vəziyyəti ağırdır.//Qafqazinfo