Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi
Gündəm 16 Dekabr 2022 15:50

"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir".

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixdən 18.12.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.