Əliyalın ukraynalılar Rusiya əsgərlərinə meydan oxudu - VİDEO

Əliyalın ukraynalılar Rusiya əsgərlərinə meydan oxudu - VİDEO
Gündəm 01 Mart 2022 10:52

Rusiya ordusunun nəzarətində olan Ukraynanın Berdyansk şəhərində dinc əhali etiraza qalxıb.

Şəhər sakinləri inzibati binalardan birinin qarşısında dayanan Rusiya əsgərlərinə kəskin etirazlarını bildiriblər.

Əliyalın ukraynalılar silahlı əsgərlərin qarşısına çıxaraq onları evlərinə qayıtmağa çağırıblar.