Dünyada COVID-ə yoluxanların sayı 650 milyonu keçdi
Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 650 428 410 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, ABŞ Cons Hopkins Universiteti məlumat yayıb.
Virusun yayılmasının əvvəlindən indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 656 min 422 nəfər dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.