Estoniya Ukraynaya daha çox silah tədarük etməyə çağırıb

Estoniya Ukraynaya daha çox silah tədarük etməyə çağırıb
Dünya 11 Dekabr 2022 11:02

Estoniyanın baş naziri Kaya Kallas müttəfiq ölkələri Rusiyanın tammiqyaslı hərbi təcavüzündən qorumaq üçün Ukraynaya lazım olan silahların tədarükünü artırmağa çağırıb.

Bu barədə Sitat.info “DW”yə istinadən xəbər verir.

“Mən bütün müttəfiqləri, o cümlədən Almaniyanı Ukraynaya özünü müdafiə etmək üçün lazım olan hər şeyi göndərməyə çağırıram” - deyə, o bildirib.

Kallas vurğulayıb ki, Ukraynaya silah tədarükünün sürətləndirilməsi mülki insanlar arasında qurbanların sayının artmasının qarşısını alacaq:

“Əgər bütün müttəfiqlər yanvar və ya fevral aylarında silah göndərsəydilər, çoxlu insan həyatını xilas edə bilərdilər”.