Dmitri Jiviski: "Rusiya hərbi texnikası Sumun mərkəzinə doğru hərəkət edir"

Dmitri Jiviski: \"Rusiya hərbi texnikası Sumun mərkəzinə doğru hərəkət edir\"
SİYASƏT 28 Fevral 2022 18:15

"Rusiyanın hərbi qüvvələri Ukraynanın Sum vilayətinin Sumşina şəhərində neft məhsulları bazasını partladıb".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Sum vilayəti dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib.

Onun sözlərinə görə, neftbaza partladılıb: “Düşmən bütün texnikaları ilə şəhərə doğru irəliləyir. Küçə döyüşlərinin olacağı təhlükəsi var. Evdə qalıb pəncərədən uzaq durmaq məsləhətdir”.