“Dəyanətin intiharı mənə anlaşılmaz gəlir” - Talıb Taledən ŞOK AÇIQLAMA

“Dəyanətin intiharı mənə anlaşılmaz gəlir” - Talıb Taledən ŞOK AÇIQLAMA
HADİSƏ 07 Dekabr 2022 13:20

Müğənni Talıb Tale intihar edən rəqqas dostu Dəyanət Məmmədovla bağlı paylaşım edib.

“Sitat.info” xəbər verir ki, sənətçi paylaşımında bunları yazıb:

“Səhəri çox pis xəbərlə açdıq - tanınmış, istedadlı rəqqas Dəyanətin intihar xəbəri ilə. Adı kimi özü də dəyanətli, fədakar, dostcanlı Dəyanətin intiharı mənə anlaşılmaz, inanılmaz və sarsıdıcı gəlir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, “İstedad” rəqs qrupunun üzvü D.Məmmədov dekabrın 4-də yaşadığı evdə intihar edərək həyatına son qoyub.