Avtobuslarda dayanacaq adlarının səsləndirməsi bərpa edildi - VİDEO

Avtobuslarda dayanacaq adlarının səsləndirməsi bərpa edildi - VİDEO
Gündəm 03 Dekabr 2022 17:32

Görmə imkanları məhdud vətəndaşlarımızın rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Sitat.info-ya bildirilib.

"Səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin, müvafiq texniki imkanları olan avtobuslarda mərhələ ilə mümkün olacaq", - məlumatda deyilir.