Rusiya yeni raket sınağı həyata keçirdi

Rusiya yeni raket sınağı həyata keçirdi
Dünya 02 Dekabr 2022 19:23

Rusiya Müdafiə Nazirliyi Qazaxıstanın Sari Şaqan poliqonundan yeni raket buraxdıqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada bildirilib ki, Qazaxıstanın Sari Şaqan poliqonunda Rusiya hava və raketdən müdafiə bölmələrinin döyüş komandası tərəfindən hazırlanan yeni raket sınaqdan keçirilib.

Bildirilib ki, raket Rusiya hava hücumundan müdafiə sistemi üçün hazırlanıb.

Raketin göstərilən hədəfi istənilən zərbə ilə vurduğu qeydə alınıb. Sınaq edilən raketin xüsusiyyətləri barədə məlumat paylaşılmayıb.