Rusiya qoşunlarının Zaporojye AES-dən çıxarılması mümkün deyil - Peskov

Rusiya qoşunlarının Zaporojye AES-dən çıxarılması mümkün deyil - Peskov
Dünya 28 Noyabr 2022 17:24

 Rusiya qoşunlarının Zaporijjya AES-dən çıxarılması mümkün deyil.

Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasını tərk etməyə hazırlaşdıqları barədə deyilənlərə cavab olaraq bildirib. 
 
Belə ki, Peskov Ukraynanın “Enerqoatom” şirkətinin rəhbəri Petro Kotinin müvafiq bəyanatına cavab verib.

"Onların olmadığı və girə bilməyəcəyi yerdə əlavə nəsə axtarmağa ehtiyac yoxdur", - Kreml sözçüsü vurğulayıb.

Nərgiz,

Sitat.info