Rusiya qadınların əcnəbilər üçün “surroqat ana” olmasını qadağan edir

Rusiya qadınların əcnəbilər üçün “surroqat ana” olmasını qadağan edir
Dünya 28 Noyabr 2022 08:14

Rusiya qadınların əcnəbilər üçün “surroqat ana” olmasını qadağan edən qanun qəbul edəcək.

Sitat.info xəbər verir ki, Rusiya Parlamentinin Aşağı Palatasının Dumasının sədri Vyaçeslav Volodin ölkənin analar günü münasibətilə verdiyi açıqlamada mövzu ilə bağlı qanun layihəsinin hazırlandığını açıqlayıb.

Rusiyada pul müqabilində surroqat ana olmağa icazə verilir. Bununla belə, dini qruplar uşaq doğulmasının “kommersiyalaşdırıldığını” əsas gətirərək uzun müddətdir ki, bu praktikaya kəskin şəkildə qarşı çıxırlar.

Seymur Bənnayev

Sitat.info