Bakı-Sumqayıt yolunda minik avtomobili yük maşınının altına girdi: Ölən və yaralananlar var - VİDEO

Bakı-Sumqayıt yolunda minik avtomobili yük maşınının altına girdi: Ölən və yaralananlar var - VİDEO
HADİSƏ 24 Noyabr 2022 19:45

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİTAT.İNFO "oxu.az"a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

İlkin məlumata görə, “Opel” markalı avtomobil 10-ZJ-924 dövlət nömrə nişanlı yük maşınının altına girib. Qəza nəticəsində ölən və yaralananlar var.

Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb: