Əfqanıstanda partlayış: Ölənlər var

Əfqanıstanda partlayış: Ölənlər var
Dünya 21 Noyabr 2022 23:55

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Sitat.info xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zedran mətbuata verdiyi açıqlamada, Pervan 3 bölgəsində bir avtomobilin hədəf alındığını və hadisədə ən azı 2 nəfərin həyatını itirdiyini bildirib.

Partlayış yerinə təhlükəsizlik qruplarının göndərildiyini qeyd edən Zedran, hadisənin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.

Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Seymur Bənnayev

SİTAT.İNFO