İraqdakı partlayışda ölənlərin sayı açıqlanıb

İraqdakı partlayışda ölənlərin sayı açıqlanıb
Gündəm 17 Noyabr 2022 23:13

İraqın Süleymaniyyə şəhərində bir evdə qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Sitat.info yerli mətbuata istinadən xəbər verir ki, Süleymaniyyənin Kazive rayonunda evdə qaz sızması səbəbindən partlayış baş verib.

Partlayış nəticəsində evin uçduğu və 5 nəfərin öldüyü, ən azı 10 nəfərin yaralandığı bildirilib.

Seymur Bənnayev 

SİTAT.İNFO