"Rusiya ilə ABŞ arasında xarici siyasət əlaqələri tamamilə kəsilə bilər" - - Ryabkov

\"Rusiya ilə ABŞ arasında xarici siyasət əlaqələri tamamilə kəsilə bilər\" - - Ryabkov
SİYASƏT 17 Noyabr 2022 16:45

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bu gün açıqlama verib ki, Rusiya ilə ABŞ arasında xarici siyasət əlaqələrinin kəsilməsi istisna edilmir, lakin bu, Rusiya Federasiyasının maraqlarına uyğun deyil.

Sitat.info xəbər verir ki, o bu barədə Rusiya telekanallarından birinin efirində danışıb.

"Bu, tamamilə Vaşinqtonun etdiyi seçimdən asılıdır. Mən əvvəlcədən heç nəyi istisna etmirəm. Lakin bu, əlbəttə ki, bizim yolumuz  deyil. Biz öz siyasətimizi  milli maraqlarımızı rəhbər tutaraq Amerika ilə  siyasi münasibətləri davam etdiririk. ABŞ-la diplomatik münasibətləri kəsməmək bizim maraqlarımızdadır”. 

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini əlavə edib ki, ölkələr arasında ünsiyyət və dialoq lazımdır, lakin əgər nə vaxtsa amerikalılar bunun əksini düşünürsə, o zaman “iş fasilə ilə yekunlaşacaq”.  Çünki ABŞ-da hakimiyyətin bütün səviyyələrində , əsas  da mediada rusofobiya görünməmiş səviyyədədir. Biz bunu hər gün hiss edirik", - Ryabkov bildirib.

Nərgiz,

SİTAT.İNFO